Çinin Hnan əyalətinin mərkəzi olan Cingcou şəhərindəki Foxconn-un iPhone fabrikində Kovid-19 tədbirləri ilə əlaqədar "qapalı dövrə"də işləyən işçilər karantin şərtlərinə və mükafatların ödənilməməsinə etiraz ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, səhər saatlarında başlayan aksiyanın şirkətin karantin şəraitində işləməyə davam etmələri müqabilində işçilərə vəd etdiyi mükafat ödənişlərinin gecikdiriləcəyi barədə açıqlamasına cavab olaraq başladığı bildirilir.
Oktyabrın ilk həftəsindən təxminən 300 min işçinin çalışdığı obyektdə "qapalı dövrə" istehsalına başlanılıb və fabriki şəhərdən təcrid etmək üçün kampus metal maneələrlə bağlanıb.