2017-ci ildə Çinlə imzalanmış müqavilədən çıxa bilərik – Tayvan

16:04 - 23 Noyabr 2022

2017-ci ildə Çinlə imzalanmış müqavilədən çıxa bilərik – Tayvan

Tayland Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Choengchai Chomchoengpaet 2017-ci ildə Çin ilə imzalanan sualtı gəmi tədarükü müqaviləsi ilə bağlı media nümayəndələrinin suallarını cavablandırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, admiral Chomchoengpaet, sualtı qayıqda hansı mühərrikdən istifadə ediləcəyi ilə bağlı məlumatlandırmada gecikmə yaşandığına diqqət çəkərək, Çinin müqaviləyə uyğun olaraq sualtı qayıqda istifadə edəcəyinə söz verdiyi CHD620 tipli mühərriki istədiyini vurğulayıb.

Tayland donanmasının dekabr ayında sualtı layihə ilə bağlı Çin tərəfi ilə görüşəcəyini bildirən Chomchoengpaet, sualtı qayıqda hansı mühərrik növündən istifadə ediləcəyi ilə bağlı məlumat istəyəcəklərini və pozuntu halı baş verərsə, müqavilədən çıxa biləcəklərini bildirib.

Tayland və Çinin dövlət gəmiqayırma şirkəti CSOC 2017-ci ildə S26T Yuan sinifli sualtı qayıq layihəsi üçün 393 milyon dollara razılaşmışdı.

Sualtı qayığın 5-6 il ərzində təhvil veriləcəyi gözlənilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az