“Hürən it ABŞ ölümcül təhlükəsizlik böhranı ilə üzləşəcək” - Kim Yo-jonq

16:48 - 23 Noyabr 2022

“Hürən it ABŞ ölümcül təhlükəsizlik böhranı ilə üzləşəcək” - Kim Yo-jonq

Şimali Koreya prezidenti Kim Çen Inın bacısı Kim Yo-jonq regionda gərginliyin artması ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kim Yo-jonq, açıqlamasında Vaşinqtonun “ölümcül təhlükəsizlik böhranı ilə üzləşəcəyini” deyib və ABŞ-ı “qorxudan hürən it” kimi xarakterizə edib.

Şimali Koreyada prezidentdən sonra ən nüfuzlu şəxs kimi görünən Kim Yo-jonq BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında ABŞ səfiri Linda Tomas-Qrinfildin Pxenyan administrasiyasının qadağan olunmuş raket buraxılışını pisləyən bəyanat dərc etmək təklifinə reaksiya verib.

BMT Təhlükəsizlik Şurasının iclasından sonra ABŞ səfiri 14 ölkənin dəstəklədiyi və Şimali Koreyanın silah proqramlarında irəliləyişini məhdudlaşdırmağa yönəlmiş addımlarla bağlı bəyanat verib.

Kim Yo-jonq bu açıqlamaya cavab olaraq aşağıdakı ifadələrdən istifadə etdi:

“Birləşmiş Ştatlar Şimali Koreyanı tərksilah etməyə nə qədər səy göstərsə də, unutmaq olmaz ki, o, heç vaxt ölkəmizi özünümüdafiə hüququndan məhrum edə bilməyəcək və Şimali Koreya əleyhinə addımlar atdıqca, bir o qədər ölümcül təhlükəsizlik böhranı ilə qarşılaşacaq”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az