Moldova Rusiyanın Ukraynaya raket hücumunun Moldovada elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mövzu ilə bağlı Moldova baş nazirinin müavini və eyni zamanda infrastruktur naziri Andrey Spinu açıqlama verib.
Rusiyanın Ukraynadakı enerji infrastrukturuna hücumunun Moldovada geniş miqyaslı elektrik kəsilməsinə səbəb olduğunu bildirən Spuni, sistem operatoru Moldelectrica-nın ölkənin 50 faizindən çoxuna elektrik enerjisi çatdırmaq üçün işlərini davam etdirdiyini açıqlayıb.