ABŞ-ın Texas ştatında yaşayan 23 yaşlı Senaida Mari Sotonun aldatdığını düşündüyü sevgilisindən aldığı qisas ölkədə ən çox danışılan mövzulardan birinə çevrilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gənc qadın bazar günü gecə radələrində San Antonioda sevgilisinin evinə daxil olub.
Polisin verdiyi məlumata görə, Sato sevgilisi ilə görüntülü zəng edən zaman telefona başqa bir qadın cavab verəndə qəzəblənib və qonaq otağının stulunu yandırıb.
Divandan çıxan alov az sonra bütün otağı bürüyəndə, Sato yenidən sevgilisinə video zəng edərək yanan evini göstərərək “inşallah sizin əşyalarınıza heç nə olmaz” deyib və telefonu qapatıb.
Hadisə şahidləri qısqanc qadının avtomobilinin yanğından az əvvəl evdən çıxardığı əşyalarla dolu olduğunu iddia edib.
Evdəki yanğının 50 min dollar ziyan vurduğu açıqlanıb.
Gənc qadın oğurluq və yanğın törətdiyi üçün həbs olunarkən, sevgilisinin telefonunu açan qadının kişinin qohumu olduğu öyrənilib.