Xəstəxana vuruldu: 2 günlük körpə öldü

19:47 - 23 Noyabr 2022

Xəstəxana vuruldu: 2 günlük körpə öldü

Ukrayna prezidenti Zelenskinin həyat yoldaşı Yelena Zelenska Zaporojyadakı xəstəxananın yeni doğulmuş bölməsinin Rusiya raketləri ilə vurulduğunu və 2 günlük körpənin öldüyünü açıqlayıb


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zaporojye vilayətinin qubernatoru Oleksandr Starux Telegram hesabında yeni doğulmuş körpənin öldüyünü açıqlayaraq, bölgədəki Vilnianska xəstəxanasının yeni doğulmuş bölməsinin səhər saatlarında Rusiya tərəfindən raketlərlə vurulduğunu bildirib.

Ukraynanın birinci xanımı Olena Zelenska bu gün açıqlama verib: “Bu gecə Zaporojye vilayətindəki doğum evi hədəf olub. 2 günlük uşaq ölüb...”


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az