Fransada hər 2 gündə 1 qadın öldürülür

20:05 - 24 Noyabr 2022

Fransada hər 2 gündə 1 qadın öldürülür

Fransa Statistika Agentliyinin dərc etdiyi hesabatda ölkədə hər 2 gündə 1 qadının öldürüldüyü məlum olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə 2022-ci ilin əvvəlindən 121 qadın öldürülüb.

Öldürülən qadınların 86-nın öz evində hücuma məruz qaldığı, 54-nün isə zorakılıq və ya ayrılıq səbəbiylə qətl edildiyi bildirilir.

Həyatını itirən qadınların 63-nün ana olduğu, 6-nın isə uşaqları ilə birlikdə öldürüldüyü məlum olub.

Həmçinin, qətlə yetirilən qadınlardan 2-nin 5 və 8 aylıq hamilə olduğu qeydə alınıb.

2022-ci ildə Fransada törədilən qadın cinayətləri nəticəsində 129 uşaq yetim qalıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az