Cənubi Afrikanın Şərqi London şəhərində 15 aylıq uşaq pitbulun hücumu nəticəsində ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, itin sahibi Noleen Fourie hadisəyə görə məsuliyyəti üzərinə götürməkdən imtina edib.
Beləliklə, ölkədə son iki həftədə pitbull hücumlarında ölən uşaqların sayı 3-ə yüksəlib.
Ötən həftə sonu Azad əyalətdə baş verən hücumda 3 yaşlı uşaq, noyabrın 12-də Bloemfontein şəhərində baş verən hücumda isə 8 yaşlı uşaq həlak olub.
Son hadisələrdən sonra Cənubi Afrikada pitbull itlərinin ev heyvanı kimi qadağan edilməsi məsələsi gündəmə gəlib.