Putin Peqovu “İgidliyə görə” ordeni ilə təltif etdi

00:58 - 25 Noyabr 2022

Putin Peqovu “İgidliyə görə” ordeni ilə təltif etdi

Rusiya Prezidenti Vladimir Putin müharibə müxbiri Semyon Peqovu “İgidliyə görə” ordeni ilə təltif edib.

Manset.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mükafat Peqova "peşə borcunu yerinə yetirərkən göstərdiyi cəsarət, şücaət və fədakarlığa görə" verilib.

Qeyd edək ki, Semyon Pegov rusiyalı jurnalist, müharibə müxbiri, “WarGonzo” layihəsinin yaradıcısıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az