Kosmonavtlar 6 saatdan çox açıq kosmosda olacaqlar

12:25 - 25 Noyabr 2022

Kosmonavtlar 6 saatdan çox açıq kosmosda olacaqlar

Rusiyanın “Roskosmos” dövlət korporasiyasının kosmonavtları Sergey Prokopyev və Dmitri Petelin Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxacaqlar.

 

Manset.az xəbər verir ki, bu, hazırkı ekspedisiya zamanı ikinci belə hal olacaq.

Məlumata görə, onlar radiator-istilik dəyişdiricisini “Rassvet” kiçik tədqiqat modulundan “Nauka” çoxməqsədli laboratoriya moduluna köçürəcəklər. Astronavtlar ERA distant manipulyatorundan istifadə edəcəklər.

Əməliyyat, ilkin məlumatlara görə, 6 saat 37 dəqiqə davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az