Dünya Kubokunda PANİKA: ÜST xəbərdarlıq etdi

15:51 - 25 Noyabr 2022

Dünya Kubokunda PANİKA: ÜST xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı turniri izləməyə gedən azarkeşlərə xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, koronanın daha ölümcül qohumu olan “dəvə qripi” kimi tanınan MERS virusunun 2022 FIFA Dünya Çempionatında yayılmasından narahat olduqlarını bildirən ÜST, turnirə gedənlərə dəvə sürməmələri və dəvə əti yeməmələri barədə xəbərdarlıq edib.

ÜST-dən epidemioloq prof. Dr. Patricia Schlagenhauf və komandası bunun xüsusilə Qətər və qonşu ölkələrə aid olduğunu bildirib. Mütəxəssislər Qətərə futbol matçlarını izləmək üçün gedən azarkeşlərin çox olması səbəbindən xəstəliyin İngiltərə və ABŞ kimi digər ölkələrə də keçə biləcəyini irəli sürüblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az