İngiltərədə “GB News”un aparıcısı 29 yaşlı Elli Kostello yayıma qonaq olaraq dəvət etdiyi keçmiş Hava Yolları ulduzu Leo Cons tərəfindən bir il boyunca izlənildiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kostello Consla real həyatda heç vaxt görüşmədiyini və ondan yalnız Zoom-da müsahibə aldığını açıqlayıb.
Oktyabr ayında Cons Kostelloya yenidən müsahibə verib.
Daha sonra Cons Kostelloya birlikdə səyahət proqramı etməyi təklif edib. Lakin Kostello cavab verməyib. Cons, "Məni sözlə ifadə olunmayacaq dərəcədə motivasiya edirsən", "Səni görməyi sevirəm" və "Sən mənim günəşimsən, səni sevirəm" kimi mesajlarda israr edib.
Kostello ona, "Lütfən, mənə mesaj yazmağı dayandırın, bu uyğun deyil" – deyə cavab verib.
16 aylıq təqibdən sonra Elli Kostello məhkəməyə müraciət edib. Məhkəmə Leo Cons barəsində hökm çıxarıb. Cons gənc qadını ciddi şəkildə qorxutmaq, sıxıntıya səbəb olmaq və psixi zərər verməkdə günahını etiraf edib. O, iki il müddətinə şərti olaraq 26 həftəlik həbs və beş il müddətinə azadlıqdan məhrum edilib.