Birləşmiş Millətlər Təşkilatı “25 Noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” çərçivəsində dekabrın 10-u İnsan Hüquqları Gününə qədər 16 günlük aktivlik kampaniyasına başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu çərçivədə BMT-nin “Dünyanı narıncıya boya” çağırışına cavab verən fərdlər və qurumlar işığı və ümidi simvolizə edən narıncı rəngdən istifadə edərək, zorakılıq probleminə qarşı maarifləndirmə işləri aparır. 187 ölkədən 6000 təşkilatın iştirak etdiyi kampaniyanın builki mövzusu qadın hüquqları və qadınlara qarşı zorakılığa qarşı “birləşmə” elan edilib.
Avropa İttifaqı qurumları da narıncı bayraqlar asaraq kampaniyaya dəstək verir.