Cənubi Koreyanın paytaxtı Seulda “Hyundai” tərəfindən hazırlanmış sürücüsüz avtobuslar fəaliyyətə başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, avtobusların kameralar və lazer şüaları sayəsində müəyyən olunmuş istiqamətdə hərəkət edə bildiyi qeyd edilir.
Vətəndaşlar rezervasiya etməklə avtobuslara pulsuz minə bilərlər.
Müvəqqəti təhlükəsizlik tədbirləri çərçivəsində avtobusların qısa məsafələr üçün istifadə edildiyi və gələcəkdə məsafələrin uzadılacağı bildirilir.