“Peyvənd zaman keçdikcə təsirini itirir” - ABŞ rəsmisi

23:23 - 25 Noyabr 2022

“Peyvənd zaman keçdikcə təsirini itirir” - ABŞ rəsmisi

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) koronavirusdan ölənlərin əksəriyyətinin peyvənd olunduğunu açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Baydenin sağlamlıq müşaviri Entoni Fauci deyib.

"Peyvənd zaman keçdikcə təsirini itirir. Koronavirus peyvəndlə qarşısı alına biləcək xəstəlik deyil. Davamlı və müntəzəm peyvənd tələb olunur, çünki xəstəlik daim mutasiyaya uğrayır və dəyişir.

Əhalinin əksəriyyəti peyvənd olunduğuna görə, ən yüksək ölüm nisbəti indi peyvənd edilmiş insanlar arasındadır",-deyə müşavir qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az