Türkiyədə azarkeşləri daşıyan avtobus aşdı - Ölən və yaralananlar var

15:18 - 27 Noyabr 2022

Türkiyədə azarkeşləri daşıyan avtobus aşdı - Ölən və yaralananlar var

Türkiyənin “Osmaniyespor” futbol klubunun azarkeşlərini daşıyan mikroavtobus aşıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Qəzada yaralanan 9 nəfər təcili yardım maşınları ilə Akhisar və Salehli xəstəxanalarına aparılıb.

Qeyd edək ki, azarkeşlər bu gün yerli saatla 14.00 radələrində TFF 3-cü Liqasında “Berqama Belediyespor” – “Osmaniyespor FK” arasında oynanılacaq matç üçün Osmaniyedən İzmirə yola çıxmışdılar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az