SpaceX, Falcon 9 raketi ilə kosmosa yük daşıyan Dragon kapsulunu buraxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın kosmik nəqliyyat şirkəti SpaceX, Falcon 9 raketi ilə yük daşıyan Dragon kapsulunu kosmosa uğurla buraxıb.
Şirkətin 26-cı Ticarət Təchizat Xidmətləri missiyası CRS-26 çərçivəsində Amerika Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uçuş uğurla həyata keçirilib. Təxminən 4 ton qida və eksperimental material daşıyan Dragon kapsulunun Beynəlxalq Kosmik Stansiyada Harmony modulu ilə birləşəcəyi açıqlanarkən, stansiyada vəzifə yerinə yetirən kosmonavtlara kapsulda pomitor toxumu və tibbi görüntüləmə cihazları göndərilib.
Əgər CRS-26 missiyası problemsiz başa çatarsa, yanvarın əvvəlində onun təkrar istifadə oluna bilən Dragon kapsulunun içindəki yüklərlə birlikdə stansiyanı tərk edərək Florida sahillərində dənizə paraşütlə atılacağı gözlənilir.