Çində etirazlar başladı: Xalq hakimiyyətin dəyişməsini istəyir (VİDEO)

19:45 - 27 Noyabr 2022

Çində etirazlar başladı: Xalq hakimiyyətin dəyişməsini istəyir (VİDEO)

Çinin paytaxtı Pekin və bir çox şəhərlərdə etirazlar başlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ağ pankartlarla keçirilən nümayişlərdə qeyri-adi şüarlar səslənir.

Etirazların baş verməsinə səbəb  COVİD-19 pandemiyası ilə bağlı sərt tədbirlərin həyata keçirilməsidir.

Belə ki, şəhərlərin tamamilə karantinə alındığı və komendant saatının tətbiq olunduğu Çində  etirazçılar küçələrə axışıb.

Etirazçılar Prezident Si Cinpinin hakimiyyətdən getməsini tələb edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az