Qazaxıstan Prezidenti Rusiyada səfərdədir

21:50 - 27 Noyabr 2022

Qazaxıstan Prezidenti Rusiyada səfərdədir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Tokayev rəsmi səfəri çərçivəsində sabah Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.

Xatırladaq ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Tokayev 69,44 faiz seçici fəallığının olduğu seçkilərdə 81,31 faiz səslə qalib gəlib. Noyabrın 26-da Qazaxıstan liderinin andiçmə mərasimi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az