“Rusiya Ukraynanı “qara dəliyə” çevirməyə çalışır”

18:40 - 28 Noyabr 2022

“Rusiya Ukraynanı “qara dəliyə” çevirməyə çalışır”

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, Rusiya Ukraynanı qaranlığa və soyuğa itələyərək onu “qara dəliyə” çevirməyə çalışır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Borrell bu haqda Aİ ölkələrinin inkişaf nazirlərinin toplantısına qatılmadan əvvəl jurnalistlərə açıqlama verib.

İclasda Ukraynanın yenidən qurulmasının müzakirə ediləcəyini bildirən Borrell, “Ukraynaya dəstəyimizi artırmalıyıq. Putin Ukraynanı bombalamağa davam edir. Putin ukraynalıları qaranlığa və soyuğa salmaq üçün işığın, Ukraynanı işığın və elektrik enerjisinin olmadığı “qara dəliyə” çevirməyə çalışır”, - bildirib.

Aİ nümayəndəsi qeyd edib ki, görüşdə humanitar böhran baxımından Ukraynadakı vəziyyət müzakirə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az