Ərdoğanın sözləri Afinanı təşvişə saldı

19:38 - 28 Noyabr 2022

Ərdoğanın sözləri Afinanı təşvişə saldı

Ərdoğanın Misirlə bağlı açıqlamalarından sonra Yunanıstan təşvişə düşüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının açılışı ilə əlaqədar liderlərə verilən ziyafətdə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə salamlaşan və əl sıxan prezident Rəcəb Tayyib Ərdoğanın sözləri Yunanıstanda çaxnaşmaya səbəb olub.

İki liderin görüşünün 45 dəqiqə davam etdiyini yazan Yunan qəzetləri Misir və Türkiyənin nazirlər səviyyəsində danışıqları davam etdirəcəyi barədə məlumat paylaşıb.
Qəzet iki liderin Qətərdəki görüşünün “yeni başlanğıc” kimi şərh edildiyini bildirib.

Ərdoğanın “Misirlə münasibətlərdə müsbət atmosfer görürəm” ifadəsini daşıyan CNN Yunanıstan, Qətərdə ikitərəfli münasibətlərdəki gərginliyin yumşalmağa başladığı şərhinə yer verib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az