Gözəllik yarışmasında iştirakçını elektrik cərəyanı vurdu - ŞOK VİDEO

15:04 - 30 Noyabr 2022

Gözəllik yarışmasında iştirakçını elektrik cərəyanı vurdu - ŞOK VİDEO

Meksikada keçirilən gözəllik yarışmasında bir iştirakçı mikrofonu əlinə alan zaman onu elektrik cərəyanı vuraraq yerə yıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müsabiqədə ikinci yeri tutduqdan sonra çıxış etmək üçün səhnəyə çıxan 22 yaşlı iştirakçı Andrea Qranados Viktoru mikrofonu əlinə alan kimi elektrik cərəyanı vurub. Bir müddət qışqıran və əlindəki mikrofonu buraxmağa çalışan Viktor yerə yıxılaraq mikrofonu ata bilib. Ətrafdakıların köməyi ilə ayağa qalxan gənc qadın bir neçə dəqiqədən sonra özünə gəlib.

Hadisənin açıq havada keçirilən yarışdan əvvəl yağış yağması və iştirakçının ayaqlarının açıq olması səbəbindən baş verdiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az