Ukraynanın üzv ola bilməsi üçün ilk olaraq bu lazımdır – NATO açıqladı

17:23 - 30 Noyabr 2022

Ukraynanın üzv ola bilməsi üçün ilk olaraq bu lazımdır – NATO açıqladı

NATO-nun baş katibi Yens Stoltenberq Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda mətbuat konfransı keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq bildirib ki, Ukraynanın gələcəkdə NATO-ya üzv olması üçün ilk növbədə suveren və müstəqil dövlət olaraq qalmalıdır və NATO müttəfiqləri bunu təmin etməyə çalışır:

“Hazırda ən aktual vəzifə Ukraynanın suveren və müstəqil ölkə kimi davam etməsini təmin etməkdir. Bunun üçün mümkün qədər çox hərbi, iqtisadi, maliyyə və humanitar dəstək veririk. Əgər Ukrayna suveren və müstəqil ölkə kimi davam edə bilmirsə, o zaman üzvlük məsələsi masada ola bilməz”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az