NATO-dan Ukrayna açıqlaması

18:32 - 30 Noyabr 2022

NATO-dan Ukrayna açıqlaması

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna gələcəkdə NATO üzvü olması üçün ilk növbədə suveren və müstəqil dövlət olaraq qalmalıdır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Stoltenberq bu haqda Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda mətbuat konfransında danışıb.

“Hazırda ən aktual vəzifə Ukraynanın suveren və müstəqil ölkə kimi davam etməsini təmin etməkdir. Bunun üçün mümkün qədər çox hərbi, iqtisadi, maliyyə və humanitar dəstək veririk. Ukrayna suveren və müstəqil ölkə olaraq davam edə bilməsə, təbii ki, üzvlük məsələsi masada ola bilməz”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az