"Rusiya bütün cinayətlərin əvəzini ödəməlidir"

20:52 - 30 Noyabr 2022

\"Rusiya bütün cinayətlərin əvəzini ödəməlidir\"

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabından Rusiya və Ukraynadakı müharibə haqqında videomüraciət yayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynada "dağıdıcılıq, ölüm və təsviri mümkün olmayan iztirablara səbəb olduğunu" ifadə edən Von Der Leyen, "İndiyə qədər 20 mindən çox mülki vətəndaşın və 100 mindən çox Ukrayna ordusunun öldürüldüyü təxmin edilir" deyə bildirib.

Von der Leyen “Rusiya suveren dövlətə qarşı təcavüz cinayəti də daxil olmaqla, törətdiyi bütün cinayətlərin əvəzini ödəməlidir” ifadəsini işlədib və aşağıdakı qiymətləri verib:

"Beynəlxalq cinayət məhkəmələrini dəstəkləməyə davam edərkən, Rusiyanın təcavüz cinayətinin araşdırılması və mühakimə olunması üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən ixtisaslaşdırılmış tribunal yaradılmasını təklif edirik. Biz bu ixtisaslaşdırılmış məhkəməyə mümkün qədər geniş dəstək qazanmaq üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq".

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (ICC) müharibə başlayandan qısa müddət sonra təhqiqata başlayıb, lakin BCM-in Ukraynadakı cinayətlərə görə lazımi təqib səlahiyyətləri yoxdur.

Ukrayna bir müddətdir müharibənin başlamasına görə məsuliyyət daşıdığı rus əsgərləri və siyasi liderlərinin mühakimə olunması üçün xüsusi məhkəmənin yaradılmasını istəyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az