Fransanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı

22:26 - 30 Noyabr 2022

Fransanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı

Fransanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Manset.az xəbər verir ki, Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasındakı qəbuledilməz bəyanatlarından və İran İslam Respublikasındakı hadisələrlə bağlı yuxarıda adı çəkilən parlamentin müdaxilə xarakterli qətnaməsinin təsdiqindən sonra Fransanın Tehrandakı səfiri Nikla Reş İran XİN-ə çağırılıb.

Səfirə Fransa hakimiyyətinin İrana qarşı əsassız ittihamlarına kəskin etiraz təqdim olunub.

Bu cür qəbuledilməz müdaxilələr pislənilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az