Ermənistanın Baş Qərargah rəisi Gürcüstana səfər etdi

21:11 - 07 Dekabr 2022

Ermənistanın Baş Qərargah rəisi Gürcüstana səfər etdi

Ermənistanın Baş Qərargah rəisi general-mayor Eduard Asryan Gürcüstanda səfərdə olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, məlumatı bu ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, səfər çərçivəsində Asryan gürcüstanlı həmkarı general-mayor Giorgi Matiaşvili ilə görüşüb. Tərəflərin hərbi təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair müzakirə aparıb. Giorgi Matiaşvili Asryanı Gürcüstan Müdafiə Qüvvələrində aparılan islahatlarla tanış edib.

Ermənistan silahlı qüvvələrinin nümayəndə heyəti NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzini də ziyarət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az