İsveçrənin daxili işlər naziri ölkə prezidenti SEÇİLDİ

22:40 - 07 Dekabr 2022

İsveçrənin daxili işlər naziri ölkə prezidenti SEÇİLDİ

Hökumətdə Sosial Demokrat Partiyasını (SDPS) təmsil edən İsveçrənin daxili işlər naziri Alen Berse 2023-cü il üçün ölkə prezidenti seçilib.

 

Manset.az xəbər verir ki, seçkilər çərşənbə günü Federal Məclisin (parlament) iki palatasının birgə iclasında baş tutub. Səsvermə prosesi Məclisin mətbuat xidməti tərəfindən onlayn işıqlandırılıb.

Berse nazir vəzifəsi ilə eyni vaxtda 12 ay prezident səlahiyyətlərini icra edəcək. O, 2023-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az