ABŞ-dan Türkiyə ilə bağlı AÇIQLAMA

10:30 - 08 Dekabr 2022

ABŞ-dan Türkiyə ilə bağlı AÇIQLAMA

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays NATO-nun mühüm müttəfiqi olan Türkiyənin müdafiə ehtiyaclarını qarşılamağa hazır olduqlarını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Praysa gündəlik mətbuat konfransında müdafiə büdcəsini də ehtiva edən 2023-cü il Milli Müdafiə Səlahiyyəti Qanunundan Türkiyəyə F-16 satışı ilə bağlı məhdudlaşdırıcı şərtlərin çıxarılması ilə sual verilib.

Prays suala belə cavab verib:

“Təbii ki, Türkiyə NATO-nun mühüm müttəfiqi, mühüm təhlükəsizlik tərəfdaşıdır. Biz müdafiə imkanlarımızı inteqrasiya etmək və Türkiyənin üzləşdiyi nəhəng təhlükələrlə mübarizə aparmaq üçün lazım olanı təmin etmək istəyirik. Heç bir NATO müttəfiqi türk müttəfiqlərimiz qədər öz torpaqlarında terror hücumlarına məruz qalmamışdır. Ona görə də təhlükəsizlik sahəsində əməkdaşlığımız bizim üçün böyük əhəmiyyət kəsb edir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az