İranda nümayişlərə görə ilk ölüm hökmü icra edildi

11:35 - 08 Dekabr 2022

İranda nümayişlərə görə ilk ölüm hökmü icra edildi

İranda başlayan nümayişlərlə bağlı ötən həftələrdə ölüm cəzasına məhkum edilmiş şəxs edam edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, paytaxt Tehranda "Səttar Xan küçəsindəki etirazlar zamanı vətəndaşları soyuq silahla hədələmək və mühafizəçini yaralamaq" ittihamı ilə oktyabr ayında İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilən Muhsin Şikari adlı nümayişçi bu gün səhər edam edilib.

Edam edilən şəxs “odlu silah gəzdirmək, yolu bağlamaq, nəqliyyat vasitələrini saxlamaq, təhlükəsizliyi pozmaq, milis qüvvələri (Besiç) ilə döyüşmək, dövlətə qarşı müharibə aparmaq, mühafizəçini yaralamaq, qorxu və dəhşət aşılamaq" ittihamları ilə noyabrın 20-də edam cəzasına məhkum edilib. Daha sonra Ali Məhkəmə onun cəzasını qüvvədə saxlayıb.

Muhsin Şikari İranda Mahsa Emini etirazları ilə bağlı edam edilən ilk nümayişçi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az