İlon Maskın başı dərddə: Araşdırma başladıldı

12:50 - 08 Dekabr 2022

İlon Maskın başı dərddə: Araşdırma başladıldı

Twitterin San-Fransisko ofisində çarpayıların yerləşdirilməsi nəticəsində şəhər hökuməti  araşdırma başladıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, işçilər ofis binasında bir mərtəbədə dörd-səkkiz çarpayının yerləşdirildiyini söyləyib.

Sözügedən dəyişikliklərlə İlon Maskın şirkət işçilərinə “çox çalışmaq” mesajı verməsi ehtimal edilir.

San Fransisko şəhər hökuməti isə kommersiya icazəsi alınan binada yaşayış üçün heç bir müraciət edilmədiyini açıqlayıb.

Şəhər rəhbərliyinin araşdırma başlatmasına reaksiya verən İlon Mask, parkda narkotik təsirindən ölən gənc oğlanla bağlı xəbəri paylaşaraq, “San-Fransisko şəhəri uşaqların fentanildən qorunduğundan əmin olmaq əvəzinə yorğun işçilər üçün çarpayı təmin edən şirkətlərə hücum edir” - deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az