Makron MKİ tərəfindən idarə edilir – İDDİA

15:14 - 08 Dekabr 2022

Makron MKİ tərəfindən idarə edilir – İDDİA

İranın kəşfiyyat naziri Seyid İsmayıl Hatip Qərb hakimiyyətinin anti-İran yanaşmasına reaksiya verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hatip Fransa prezidenti haqqında iddia irəli sürüb:

“Fransa prezidenti Emmanuel Makron ABŞ Kəşfiyyat Xidmətinin (CIA) aşağı səviyyəli kəşfiyyat elementi tərəfindən idarə olunur. Avropa ölkələrinin bəzi liderləri öz ölkələrinin ABŞ-dan müstəqilliyinə həssas yanaşırdılar və Avropanın ABŞ-dan müstəqilliyinə dair nəzəriyyələr irəli sürdülər. Bu vəziyyəti Fransa prezidenti Makronla müqayisə edək. İndi ABŞ prezidentinin gəlib ona nə edəcəyini söyləməyə belə ehtiyac yoxdur, əksinə Mərkəzi Kəşfiyyat İdarəsinin aşağı səviyyəli informasiya mənbəyi sadəcə onun yanına gedib nə deməli, hansı münasibəti göstərməli olduğunu diktə edir. Bunlar artıq Avropanın mühüm ölkələrinin müstəqil və güclü liderləri deyil. Makronun son zamanlar ölkəmizə münasibətinin başqa səbəbi də var. Bu, Kəşfiyyat Nazirliyimiz tərəfindən 2 Fransız kəşfiyyatçısının aşkar edilərək həbs edilməsidir. Biz bu yaxınlarda bu agentlərin vəzifələrinin yalnız bir hissəsini açıqladıq. Ən mühüm və ən təsirli məsələni hələ izah etməmişik. Hər halda, Makron o qədər yetişməmişdir ki, onu asanlıqla aldada bilərlər”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az