Cari ilin sonuna qədər Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı ilə yük daşımaları başlayacaq.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” qəzeti yayıb.
Qəzet yazır ki, artıq proses sona çatmaq üzrədir və nəticədə Türkiyə məhsullarını birbaşa olaraq Ermənistana daşımaq mümkün olacaq.