Dmitri Peskov Rusiyanın Ukraynada yeni bölgələri ilhaq etməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, mövzu ilə bağlı belə cavab verib:
“Gündəmdə belə bir şey yoxdur. Ən azından bu istiqamətdə heç bir bəyanat olmadı, amma mövcud rayonların azad edilməsi üçün hələ çox iş görülməlidir. Bir müddət əvvəl Rusiyaya qoşulan bəzi bölgələrdə işğal olunmuş torpaqların azad edilməsinə ehtiyac var”.
Peskov vurğulayıb ki, Kiyev administrasiyası istəsə, münaqişələr sabah da bitə bilər və Ukrayna prezidenti Volodimir Zelenski bu vəziyyətin fərqindədir.