Türkiyənin Kayseri şəhərindəki yanacaqdoldurma məntəqəsində qaz sızması olan avtomobildə partlayış baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, partlayış nəticəsində avtomobilin sürücüsü yaralanıb.
Məntəqə işçiləri yanğını söndürüblər. Xəbərdarlıq üzərinə bölgəyə polis, səhiyyə və yanğınsöndürənlər göndərilib. Bədəninin müxtəlif nahiyələrində 1-ci dərəcəli yanıq xəsarətləri alan sürücü xəstəxanaya çatdırılaraq müalicə altına alınıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.