Rusiya əcnəbilərə bunu qadağan etdi

17:16 - 08 Dekabr 2022

Rusiya əcnəbilərə bunu qadağan etdi

Dövlət Duması Rusiyada xarici vətəndaşlar üçün surroqat analığı qadağan edən qanun layihəsini təsdiqləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, buna uyğun olaraq surroqat anadan doğulan uşaqlar da Rusiya vətəndaşı sayılacaq.

Dumanın sədri Vyaçeslav Volodin qərarın ölkədə uşaqları qorumaq üçün alındığını bildirib və deyib:

“Qərar uşaqlarımızın insan alverindən, körpələrin eyni cinsli cütlüklərin ailələrinə getməsindən və ya orqanların satışı da daxil olmaqla cinayət qurbanına çevrilməsinin qarşısını alacaq”.

Qanun Rusiya Federasiyasının vətəndaşı ilə xarici vətəndaşın qeydə alınmış nikahda olduğu hallara şamil edilməyəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az