Rusiyanın “Vaqner” hərbi şirkəti Qərbi Balkan ölkəsi olan Serbiyada “dostluq və əməkdaşlıq mərkəzi” qurduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vaqnerin Telegram hesabından etdiyi paylaşımda Serbiyada "Orly" adı ilə qurulan dostluq və əməkdaşlıq mərkəzini tanıtmaqdan məmnun olduğu və Serbiyadakı mərkəzin Aleksandr Lisov tərəfindən idarə olunacağı açıqlanıb:
“Mərkəzimizin məqsədi yumşaq güc vasitəsilə Serbiya və Rusiya arasında dostluq münasibətlərini gücləndirməkdir”.
Açıqlamada mərkəzin Serbiyaya gedən və orada Rusiya əleyhinə fəaliyyət göstərən rus liberalları ilə “hesablaşacağı” bildirilib.