Aİ Şurası Xorvatiyanın yanvarın 1-dən Şengenə qoşulmasını TƏSDİQLƏDİ

18:55 - 08 Dekabr 2022

Aİ Şurası Xorvatiyanın yanvarın 1-dən Şengenə qoşulmasını TƏSDİQLƏDİ

“Xorvatiya Avropa İttifaqının Daxili İşlər və Ədliyyə Şurasının yekdil dəstəyini alıb - 2023-cü il yanvarın 1-dən biz də Şengen Sazişinin üzvü oluruq”.

 

Manset.az xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç tviter səhifəsində yazıb.

Xatırladaq ki, noyabrda Avropa Komissiyası Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengenə qoşulmağa hazır olduğunu elan etmiş və Avropa İttifaqı Şurasına bu qərarı təsdiq etməyi tövsiyə etmişdi.

AK-nin rəsmi saytındakı press-relizdə qeyd olunub ki, Şengen zonasının daxili sərhəd nəzarəti olmadan genişləndirilməsi xarici sərhədlərin gücləndirilmiş mühafizəsi və hüquq-mühafizə orqanlarının effektiv əməkdaşlığı vasitəsilə Avropanı daha təhlükəsiz edəcək. Güman edilir ki, Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengenə daxil olması işgüzar əlaqələri də asanlaşdıracaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az