“ABŞ-ın uzunmüddətli məqsədi Rusiyanın məhv edilməsidir” - Nikolay Patruşev

23:14 - 08 Dekabr 2022

“ABŞ-ın uzunmüddətli məqsədi Rusiyanın məhv edilməsidir” - Nikolay Patruşev

“ABŞ-ın uzunmüddətli məqsədi Rusiyanın məhv edilməsi və Avrasiyada təhlükəsizliyin dağıdılmasıdır”.

 

Manset.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.

“ABŞ və onun NATO müttəfiqlərinin uzunmüddətli məqsədi nəyin bahasına olursa-olsun ölkəmizi zəiflətmək və ya məhv etmək, eləcə də bütövlükdə Avrasiyada təhlükəsizlik arxitekturasını dağıtmaqdır”-deyə, o bildirib.

O əlavə edib ki, regionda hərbi infrastrukturun aqressiv şəkildə qurulması gərginliyi daha da artıracaq. Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Qərb Rusiya və onun qonşularına misli görünməmiş təzyiqlər edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az