Avropa İnsan Haqları Məhkəməsi sığınacaq axtaran 3 ailənin mənzil tələblərinin vaxtında yerinə yetirilməməsi ilə bağlı dünən verdiyi qərarla Fransanı günahkar bilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məhkəmə Fransanın üç ailəyə ayrı-ayrılıqda 5 min avro, məhkəmə xərcləri üçün isə ümumilikdə 7150 avro ödəməsinə qərar verib.
İkisi Konqolu və biri gürcü olmaqla üç ailə 2018-ci ildə sığınacaq almaq üçün Fransaya gəlib.
Ölkənin cənubunda yerləşən Yüksək Qaron Qubernatorluğu 3 ailəyə sığınacaq haqqı versə də, onların sığınacaq tələblərinə cavab verməyib.
Bunun üzərinə 3 ailə ayrı-ayrılıqda Tuluza məhkəməsinə müraciət edib. Tuluza məhkəməsi sığınacaq axtaranlara yaşayış yeri ilə bağlı yardım etmək qərarına gəlib, lakin Yuxarı Qaronna Qubernatorluğu bu qərarı yerinə yetirməyib.
AİHM-in 2018-ci ildə qəbul etdiyi aralıq qərardan sonra 3 ailənin sığınacaq tələbi yerinə yetirilib.