Yapon milyarder Yusaku Maezava gələn il SpaceX raketi ilə Ay səyahətində onu müşayiət edəcək məşhur 8 nəfərlik komandanı açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Maezava, sahibkar İlon Maskın SpaceX raketlərindən biri ilə edəcəyi səyahətdə ABŞ-lı DJ və prodüser Stiv Aoki, YouTuber Tim Dodd, kinorejissor Brendan Hall, çexiyalı rəssam Yemi A.D, irlandiyalı fotoqraf Rhiannon Adam, ingilis fotoqraf Kərim İliya, Hindistanlı aktyor Dev.O, Coşi və T.O.P kimi tanınan Cənubi Koreyalı K-pop ulduzu Choi Seung-hyunun onu müşayiət edəcəyini bildirib.
ABŞ snoubordçusu Keytlin Farrinqton və yapon rəqqasə Miyu da ehtiyat ekipaj üzvləri kimi siyahıda yer alıb.