Qırğızıstanda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Masnset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.
Görüş Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində keçirilir.