Mirzoyanla Donfrid Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

20:25 - 09 Dekabr 2022

Mirzoyanla Donfrid Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefonla danışıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.

Donfrid ABŞ-nin Cənubi Qafqazda sülh prosesinə yardım etməyə hazır olduğunu deyib.

Danışıq zamanı sərhədlərin demarkasiyası, regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılması müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az