Zelenski bu ölkənin Ukraynaya 100 milyon dollar ayırdığını açıqladı

09:14 - 11 Dekabr 2022

Zelenski bu ölkənin Ukraynaya 100 milyon dollar ayırdığını açıqladı

“Norveç Ukrayna hakimiyyətinə enerji sisteminin bərpası üçün 100 milyon dollar ayırıb”.

Manset.az Ukrayna KİV-ə xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Norveç Ukraynaya hərbi, iqtisadi və siyasi dəstək göstərir, humanitar yardım edir və təbii qazın tədarükünə şərait yaradır.

Xatırladaq ki, daha əvvəl Norveç hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının hazırlanması üçün təxminən 15 milyon dollar maliyyə vəsaiti ayırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az