İlon Mask və Şakira Mərakeş millisini təbrik etdi

10:17 - 11 Dekabr 2022

İlon Mask və Şakira Mərakeş millisini təbrik etdi

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask və kolumbiyalı müğənni Şakira Mərakeş millisini Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlməsi münasibətilə təbrik ediblər.

Manset.az-ın məlumatına görə, tanınmış şəxslər bununla bağlı özlərinin sosial şəbəkə hesablarında post paylaşıblar.

Mask paylaşımda "Təbriklər, Mərakeş", Şakira isə "Bu dəfə Afrika üçün!" yazıblar.

Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı mübarizədən kənarlaşdıran Mərakeş yığması finala gedən yolda Fransa kollektivi ilə qarşılaşacaq. Görüş dekabrın 14-də keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az