Mərakeş millisinin azarkeşləri Qətərdəki dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya üzərində qələbədən sonra Fransanın paytaxtı Parisdə iğtişaşlar törədib.
Manset.az report-a istinadən xəbər verir ki, Yelisey meydanına toplaşan afrikalı fanatlar yığmalarının yarımfinala yüksəlməsini çılğınlıqla qeyd ediblər. Nəticədə polislərlə tərəfdarlar arasında qarşıdurma baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sosial şəbəkələrdə yayılmış videolarda polislərin azarkeşlərə qarşı fiziki güc tətbiq etdiyi, onları dəyənəklərlə vurduqları açıq-aşkar görünür.
Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Mərakeş yığması yarımfinalda Fransa ilə qarşılaşacaq. Görüş dekabrın 14-də baş tutacaq.
Shanghai protest tonight.
— Visegrád 24 (@visegrad24) November 26, 2022
People are chanting “down with the Chinese Communist Party” and “step down Xi”.
This is happening in cities across the country.
Something big is brewing. pic.twitter.com/tRD2Bbo54Q