“Hakimiyyəti gənclərə təhvil verməyə hazıram” - Ərdoğan

15:00 - 11 Dekabr 2022

“Hakimiyyəti gənclərə təhvil verməyə hazıram” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Samsun vilayətində bir sıra obyektlərin açılışında çıxış edərkən estafeti gənclərə ötürməyin vaxtının çatdığını deyib.

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı “Euronews” telekanalı yayıb.

“2023-cü ildə xalqımızdan son dəfə dəstək istəyəcəyik, var gücümüzlə Türkiyənin 100-cü ildönümünün inşasına başlayacağıq, sonra bu müqəddəs bayrağı gənclərimizə ötürəcəyik”, - deyə Ərdoğan bildirib. 

Türkiyədə 2023-cü ildə ümumi seçkilər keçiriləcək. Sonuncu prezident seçkiləri 2018-ci ildə baş tutub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az