Moskva aeroportlarında güclü qar səbəbindən onlarla aviareys gecikir

16:06 - 11 Dekabr 2022

Moskva aeroportlarında güclü qar səbəbindən onlarla aviareys gecikir

Rusiya paytaxtı Moskva şəhərinin aeroportlarında güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Moskvada güclü qar yağır və artıq qarın hündürlüyü 20 santimetrə qədər çatıb.

Dekabrın 11-i Moskva vaxtı ilə saat 9:30-a olan məlumata görə, “Vnukovo” hava limanında dörd aviareys gecikib, daha dörd aviareys təxirə salınıb. “Domodedovo” aeroportunda 44 aviareys gecikib, “Şeremetyevo”da 13 aviareys gecikib, iki aviareys təxirə salınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az