Avropa Parlamentində korrupsiya ilə bağlı 4 nəfər həbs olundu

17:56 - 11 Dekabr 2022

Avropa Parlamentində korrupsiya ilə bağlı 4 nəfər həbs olundu

Bazar günü Avropa Parlamentinin sədr müavini Yeva Kayli və daha üç nəfərə qarşı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Manset.az xəbər verir ki, onlar Qətərdəki dünya çempionatı ilə bağlı korrupsiya üzrə aparılan istintaq çərçivəsində həbs ediliblər.

Eyni zamanda, federal prokurorluq həbs olunanların adlarını açıqlamayıb. Yalnız son 48 saat ərzində saxlanılan 6 nəfərdən dördünün məhkəməyə qədər həbsdə qalacağını bildirib.

Prokurorluğun bəyanatına görə, şənbə günü axşam daha bir avropalı deputatın evində axtarış aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az