“Türkiyənin raket istehsalı Yunanıstanı qorxudur” - Ərdoğan

22:44 - 11 Dekabr 2022

“Türkiyənin raket istehsalı Yunanıstanı qorxudur” - Ərdoğan

“İndi biz raketlərimizi yaratmağa başlamışıq. Bu istehsal, təbii ki, yunanları qorxudur. “Tayfun” deyirsən, indi Yunanıstan qorxur, “Afinanı vuracaq” deyir”.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Samsun şəhərində keçirilən “Gənclik görüşü” tədbirində bildirib.

“Bir yerdə durmasan, ABŞ-dan adalar üçün nəsə almağa çalışsan, Türkiyə kimi bir ölkə, yəqin ki, görməzdən gəlməyəcək. ABŞ Suriyanın şimalına 4-5 min yük maşını silah və sursat göndərib. Bunu dəfələrlə deməyimə baxmayaraq, veclərinə almırlar. Elədirsə, öz göbəyimizi özümüz kəsəcəyik”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Türkiyənin yerli istehsalı olan “Tayfun” 561 km mənzilli ballistik raketdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az